Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


04/05/2023

Azərbaycanla təhdid, hədə-qorxu dilində danışmaq əbəsdir

Şuşada keçirilən konfransda Prezident İlham Əliyev hər zaman olduğu kimi, geniş spektr problemlərə toxundu. Azərbaycanın region sərhədlərini aşan siyasi və iqtisadi statusu, imkan və potensialımız, habelə dövlətimizin dünya birliyindəki nüfuzu baxımından iştirakçıların belə əhatəli məsələlərlə bağlı Prezidentə suallar ünvanlamaları təbiidir. Hazırda dünya geosiyasətinin əsas diqtəedici faktoru Rusiya ilə Ukrayna arasında davam edən müharibədir.

Siyasi və hərbi gərginlik, iqtisadiyyatda və maliyyə bazarlarındakı qeyri-sabitlik və risklər kimi problemlərin əksəriyyətinin mənbəyi məhz bu müharibədir.

Azərbaycan həm regional yaxınlığı, həm də hadisələrə təsir imkanları nöqteyi-nəzərdən bir çox məqamların çözümündə həlledici rollardan birini oynayır. Götürək enerji təchizatını. Dövlətimiz hazırda Avropanın 10 ölkəsinə enerji daşıyıcıları ixrac edir və bu ölkələrin sayı artmaqdadır. Azərbaycan Avropanın enerji daşıyıcılarını nəql edən kəmərlər arxitekturasında mühüm dəyişikliklər və yeni istiqamətlərin təkanverici və təminedici qüvvəsidir. Eyni zamanda, sözügedən müharibə ilə əlaqədar Cənubi Qafqazdan keçən Orta dəhliz adlandırdığımız xəttin aparıcı bəndi də Azərbaycandır. Cənab Prezidentin bu və bu mövzuya yaxın problemlərlə bağlı açıqlamaları ekspertlərin diqqətini xüsusilə cəlb edir. Şuşada Azərbaycan lideri dövlətimizin bu mövzuya yanaşmasını bir daha bəyan etdi.

Xalqımız üçün xüsusi maraq kəsb edən məsələlər Ermənistanla münasibətlər və Azərbaycanın təhlükəsizliyi ilə bağlı problemlərdir.

Dövlət başçısı hazırda Vaşinqtonda XİN rəhbərlərinin davam edən görüşü fonunda çox ciddi bəyanatlar səsləndirdi. Bunlardan ikisini qeyd etməliyəm: Birincisi, Ermənistan sülh istəmirsə, sülh olmayacaq. İkincisi isə, sülh müqaviləsinin imzalanmasını gecikdirmək isətəsə, Ermənistan yeni dünya düzənində, yeni konfiqurasiyada özünə yer axtarmalı olacaq. Fikrimcə, cənab Prezidentin bəyanatları olduqca sərt və hədəfə yönəlikdir. Xatırlayırsınızsa, Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində də dövlət başçısı 2023-cü ilin Ermənistan üçün son şans olduğunu demişdi. Şuşada səslənən bəyanatlar isə onu göstərir ki, Yerevan sülh müqaviləsini imzalamasa, Ermənistanın dövlətçiliyi müzakirə mövzusu olacaq. Yeri gəlmişkən, dünən Nikol Paşinyan da çıxışında bu amilin üzərinə gəlib və bildirib ki, Ermənistan qonşularla sülh şəraitində yaşamasa, dövlətçiliyi təhlükə altında olacaq.

Deputat onu da əlavə edib ki, hər bir vətəndaş üçün Azərbaycanın yaxın ətrafında baş verən, bizə təhdid ola biləcək amillər ciddi əhəmiyyət kəsb edir.

Bu baxımdan, Prezidentin İranla münasibətlərə dair fikirləri xüsusi maraq doğurur. Dövlət başçısı bu mövzu ilə bağlı kifayət qədər aydın görüşlərini səsləndirdi. Nə qədər ki, İran bir sıra tələblərimizi yerinə yetirməyib, münasibətlərin səviyyəsi hazırda olduğu kimi qalmaqda davam edəcək. Bizimlə təhdid, hədə-qorxu dilində danışmaq əbəsdir və bu cəhdlər nəticəsiz qalacaq. Necə ki, indiyədək qalır.

https://faktmedia.az/olke/3614-elnur-allahverdiyev-azerbaycanla-tehdid-hede-qorxu-dilinde-danismaq-ebesdir-prezidentin-susa-cixisi-verilen-mesajlar-.html#.ZFOfF6U_dn8.whatsapp

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ