Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


28/06/2023

Aztəminatlı ailələrə Qurban bayramı münasibəti ilə bayram sovqatı çatdırılıb

Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramında bir-birimizi fədakarlıq, birlik və bağlılıq günü münasibəti ilə təbrik edirik. Yaxınlara baş çəkmək, aztəminatlı ailələrə yardım etmək bu bayram gününün ən mühüm özəlliklərindəndir. 

Ötən üç ildə olduğu kimi, bu bayramda da ənənəyə sadiq qalaraq dairəmizini aztəminatlı ailələri ilə bir olmağa, bayramlarını təbrik etməyə çalışdıq. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə sosial tərəfdaşlarımızın köməkliyi ilə növbəti sosial aksiyamızı reallaşdırdıq. İyunun 21-dən 27-dək könüllülərimiz və partiya fəalları dairəmizin 450 ailəsinə baş çəkib, onlara Qurban payı çatdırdılar. 

Bərəkətilə gələn bu gün hər birimizə bol-bol əmin-amanlıq, xoşbəxtlik və sağlamlıq gətirsin. Bütün gözəlliklər evimizə dolsun. Bu gözəl anlar tək bu gün yox, daim sizinlə olsun. Allah kəsilən qurbanları qəbul etsin. Bir daha Qurban bayramınız mübarək!

Biz birlikdə güclüyük!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ