Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


06/06/2024

Bakı Enerji həftəsi ölkəmizin enerji coğrafiyasının daha da genişlənəcəyini deməyə əsas verir

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbir enerji sənayesi sahəsində dünya liderlərini bir araya gətirməsi ilə diqqəti cəlb edir. Bu da təbii olaraq, ölkəmizin dünyada nüfuzunun göstəricisi olmaqla bərabər, həmin liderlərin diqqətinin Azərbaycanın üzərinə cəmləşdirilməsini ehtiva edir. Bakıda keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” tədbirində 30-dan çox ölkədən 300-dək şirkətin iştirakı dediklərimizi bir daha təsdiqləyir.

Bu tədbirin ilk dəfə 1994-cü ildə keçirilib. Həmin dövrdən indiyədək Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox mühüm rol oynadığını diqqətə çatdırıb. Getdikcə miqyası genişlənən Bakı Enerji Həftəsi neft, qaz, emal, ixrac və yaşıl enerji seqmentlərini əhatə edir.

Tədbirin açılış mərasimində “Bizim vədlərimiz imzamız qədər dəyərlidir”, - deyən Prezident İlham Əliyev son 30 il ərzində imzalanan bütün müqavilələrin tam həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırdı. “Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə, dəyişdirilməyib. Məhz buna görə də biz daha bir sürətli inkişafı görürük - yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı”, - deyə dövlətimizin başçısı vurğuladı.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində nəhəng hidroelektrik potensialı olduğunu vurğulayan dövlətimizin başçısı torpaqlar azad ediləndən sonra həmin ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyalarının istismara verildiyini və bu rəqəmin üç-beş ildə 500 meqavata çatdırılacağını da qeyd etdi.

Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Ölkəmiz Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının digər bir neçə ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, başqa Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən bu toplantıda aparılan müzakirələr gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyini deməyə əsas verir.

Ölkəmizin 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə olunmasını qarşıya hədəf qoylub. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslərin yeni çağırışları aktuallaşdırdığını deyib. Bu çağırışların əsasında əməkdaşlıq və yeni enerji layihələri dayanır.

Azərbaycan artıq qlobal aktor rolunda çıxış edir, yeni əməkdaşlıq şəbəkələri yaradılır. Ölkəmiz alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük əhəmiyyət verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin tədbirdə dediyi kimi, COP29-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürməyin üstünlükləri olduğu kimi, müəyyən çətinlikləri də vardır. Amma Azərbaycan vədlərinə sadiqdir. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. Bu, şübhəsizdir.

Bakı Enerji Həftəsi ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin məktubunda da qeyd olunan məqamlar Azərbaycanın dünya miqyasında nüfuzunun əhəmiyyətli dərəcədə artmasının göstəricisidir. C.Baydenin həftə ərzində Azərbaycan Prezidentinə iki dəfə təbrik məktubu göndərməsi Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə tutarlı cavabdır.


https://azertag.az/xeber/deputat_baki_enerji_heftesi_olkemizin_enerji_cografiyasinin_daha_da_genisleneceyini_demeye_esas_verir-3041474

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ