Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


01/10/2023

Bayraq tutan oğullar

Bir neçə gündür Azərbaycan mediası və teleqram-kanallarda 1992-ci ildə Qarabağda itkin düşmüş Natiq Qasımov barədə yazılar dərc olunur. Xalqımızın bu igid və mərd oğlu gənc olmasına baxmayaraq, Ağdamın Pirlər kəndi yaxınlığında 5 gün ərzində çoxsaylı erməni terrorçularına müqavimət göstərib. Qədim alban məbədindəki mövqeyimizi ələ keçirmək istəyən terrorçular xeyli sayda itki veriblər. Natiq elə rəşadətlə döyüşürmüş ki, ermənilər məbəddə onun tək olmadığından qorxaraq yaxın gələ bilmirmişlər. N.Qasımovu erməni separatçıları özlərinə məxsus biclik və hiyləgərlik hesabına təslim olmağa məcbur ediblər. Onun yanına Xocalıdan əsri düşmüş soydaşımızı göndəriblər ki, ya təslim olsunlar (Natiqin tək olduğunu bilmirdilər), ya da əsirlərin hamısını öldürəcəklər. Natiq bundan sonra ermənilərin əlinə keçməmək üçün saxladığı iki gülləni göyə ataraq təslim olmaq qərarına gəlib. Onun taleyi naməlum olaraq qalır. 

Natiq 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Ailəsi ilə birgə Mingəçevir şəhərinə köçüb. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, «Kosmos» kino-teatrında kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib. 

Natiqin ermənilər tərəfindən sorğu-sual edildiyi məlumdur. Belə ki, onun döyüşməsi, təslim olması və sorğulanması rusiyalı jurnalist Konstantin Smirnov və italiyalı hərbi fotomüxbir Enriko Sarzininin gözləri qarşısında baş verib. Fotolarda indi Qarabağda gizlənən Xocalı cəlladlarından biri olmuş Vitali Balasanyan görünür. Onun həbs edilib dindirilməsi Natiqin aqibəti barədə yeni məlumatların əldə edilməsinə şərait yaradar.

Britaniyanın “Broken Pot Media” şirkəti Natiq barədə “Oğul” sənədli filmini çəkib. Film İtaliya, Azərbaycan, Rusiya və Britaniyada Natiq barədə xatirələri olan şəxslərin dedikləri əsasında, rejissor və ssenarist Karan Sinqxin zəhməti hesabına ərsəyə gəlib. Fikrimcə, bu qəhrəmanlıq səlnaməsi tək sənədli deyil, həm də bədii film vasitəsilə canlandırılmalıdır. Təbliğati mübarizə baxımından bu, olduqca təsirli addım ola bilər. Fikrət Qocanın «Bayraq tutan oğlullar» və Alim Fərzəliyev «Qeyrət qalası» poemalarını Natiqə həsr edilib.

Qarabağda bugünkü qələbəmiz Natiq kimi oğullarımızın sayəsində mümkün olub. Həm birinci, həm də ikinci Qarabağ savaşlarında yüzlərlə belə cəsur, cəngavər balalarımız döyüşüb, həyatlarını qurban ediblər. Allah şəhidlərimizə rəhmət etsin!

Natiqi isə... Əzizləri hələ də gözləyir. Hər birimiz gözləyirik...



Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ