Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Bədən Tərbiyəsi və İdman Günü münasibətilə görüş keçirilib
03/03/2023
Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Dünən Yasamal Rayon İcra Hakimiyyətində bu münasibətlə ölkəmizin və rayonumuzun idman ictimaiyyəti, məşhur və gənc idmançılarımızla görüş keçirildi. Ölkəmizdə idmanın inkişaf yolu, əldə edilən nailiyyətlərimiz barədə fikir mübadiləsi oldu. İcra başçısı Elşad Həsənov, həmkarlarım Ülvi Quliyev və Erkin Qədirli, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla birlikdə idmançılar və idman sahəsində çalışan gənclərimizə diplomlar təqdim etdik
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.