Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


09/09/2020

Dairəmizin tarıxi Beşmərtəbəsi

Dostlar, şəkillərdə gördüyünüz bina məşhur "Beşmərtəbə"dir. Bu bina Bakıda tikilmiş ilk 5 mərtəbəli ev olduğundan adı xalq arasında belə də qalıb. "Beşmərtəbə" Bakının mərkəzi və tarixi yerində yerləşir. İndi böyük şairimiz Məhəmməd Füzulinin heykəlinin yerində "Həftə bazarı" fəaliyyət göstərib. Bu hissə Quba meydanı adlanıb. Bayır şəhər yaxud "Sovetski" və "Kubinka" da yaxınlıqdadırlar.
Seçki ərəfəsində bu binanın həyətində bir qrup gənc seçicimizlə görüşümüz olmuşdu. Vərənpərvər və sosial aktiv gənclərimiz diqqəti binanın həyətinə, buradakı şəraitə yönəldərək gələcəkdə uşaqların rahat və təhlükəsiz oynamaları, yaşlı sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binanın daxili həyətinin abadlaşdırılması üçün kömək istəmişdilər. Biz isə söz vermişdik ki, bu istiqamətdə çalışacağıq.
Bu gün Yasamal rayon İcra Hakimiyyətinin başçısı hörmətli Elşad Həsənovla "Beşmərtəbə"yə gedib gənclərimizlə söhbət etdik. Onları Elşad müəllim də dinlədi, mövcud şəraitlə yaxından tanış oldu. 
Dostlar, dövlətimizin dəstəyi ilə bu tarixi binanın abadlaşdırılması üçün mərhələ-mərhələ tədbirlər həyata keçiriləcək. Həyət abadlaşacaq, istirahət guşələri quraşdırılacaq, uşaqlarımız üçün futbol meydançası inşa olunacaq. Axı bu binada əfsanəvi Tofiq Bəhramov yaşayıb! 
Birlikdə bunu bacaracağıq! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ