Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
16/11/2021
Beynəlxalq Tolerantlıq Günü
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Bu gün 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə beynəlxalq bayram olaraq təsis edilib. Azərbaycan dünyada tolerant ölkə imicinə malikdir. Müxtəlif dinlərin, millətlərin sülh içində birgəyaşayışı Azərbaycan xalqının milli sərvətidir.
Gündən-günə aqressivləşən dünyada sabit, firavan, etnik və konfessional ayrıseçkiliksiz mühitə malik ölkələr çox azdır. Biz isə 30 il məscidlərimizi dağıdıb təhqir edən ermənilərin Bakının mərkəzindəki dini məbədinə belə toxunmamışıq. Vətən müharibəsindəki qələbəmizin səbəblərindən biri də məhz budur - bizim, Azərbaycan vətəndaşlarının dünyaya nümunə olan tolerantlığı!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.