Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


13/01/2021

Bir aydan çoxdur ki, Vikipediya ilə bağlı statusları sizinlə bölüşürük

Bir aydan çoxdur ki, Vikipediya ilə bağlı statusları sizinlə bölüşürük. Məqsədimiz gəncləri bu böyük təbliğati və informasiya müstəvisində işləməyə və Azərbaycanın maraqlarını qorumağa həvəsləndirməkdir. “Qorqud” Vikipediya Metodiki Klubu ilə xüsusi təlimlərin əsasını qoymuşuq, gənc fəallarımız ana dilimizdə və əcnəbi dillərdə tariximizə, bu günümüzə dair müxtəlif səpkili məqalələr yaradır və Vikipediyada paylaşırlar. Bu statuslarımız çoxlarınız tərəfindən müsbət qarşılanır. Ancaq hərdən gözlənilməz və təəssüf doğuran şərhlərlə də qarşılaşırıq. Onları ümumiləşdirsək, təqribən belə bir məzmunda “irad”larla rastlaşarıq: boş-boş işlərdir, Vikipediya ciddi informasiya mənbəyi deyil, heç bir elmi əhəmiyyət kəsb etmir və s. 
Vikipediyanın Azərbaycan dili bölməsinin idarəçisi Eldar Əzimovun məlumatına görə, “ötən ilin dekabr ayı ərzində Vikipediya səhifələrinə ümumilikdə 22 milyard, son bir il ərzində isə 269 milyard dəfə ziyarət olunub”. Azərbaycandilli Vikipediyaya ötən ilin dekabrında 33 milyon baxış olub, bunun 19 milyonu Azərbaycandan edilən ziyarətin hesabınadır. Vətən müharibəsinə dair ingilisdilli məqaləyə bugünədək 3 milyondan çox baxış var. “Qorqud” Vikipediya Metodiki Klubunun eksperti, 15 yaşlı fəxrimiz Ayxan Zayıdzadə bu səhifəyə edilən əlavələrin 34 faizinin müəllifidir. Bütün bunlardan sonra kim iddia edə bilər ki, Vikipediya önəm verilməsi lüzumsuz olan, gərəksiz platformadır?
Beləliklə, gənclərimizin ötən həftə yaratdıqları məqalələri sizlərlə bölüşürük:
Ingilis dilində
Azərbaycan dilində

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ