Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Ağdamın işğalından 27 il ötür
23/07/2020
Bu gün Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür. Rayonun müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5897 şəhid, 3531 nəfər əlil olub. Ağdamın 77,4 faizi işğal altındadır.
Ermənilərin rayonun böyük hissəsini zəbt etməsi nəticəsində yüzlərlə tarixi və memarlıq abidəsi məhv edilib və talan olunub. Qarabağ xanlarının iqamətgahları və məzarları erməni tapdağı altında qalıb. İmarət sarayı, Şahbulaq qalası, tayı-bərabəri olmayan Çörək muzeyi əsirlikdədir və bizim yolumuzu gözləyir. Azərbaycan əsgərinin yolunu gözləyir. O günə az qalıb!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.