Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Çexiyanın Azərbaycandakı səfiri ilə görüşümüz keçirildi

23/07/2020
Bu gün Azərbaycan-Çexiya parlamentlərarası işçi qrupunun rəhbəri olaraq Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Milan Ekert ilə ilk görüşüm keçirildi. Görüşdə mənimlə həmkarlarım, qrup üzvləri Soltan Məmmədov, Fatma Yıldırım, Jalə Əhmədova və Nurlan Həsənov da iştirak edirdi. Səfir Ekert 2018-ci ildən Azərbaycanda diplomatik fəaliyyətdədir. Ölkələrimiz arasında sıx siyasi və iqtisadi münasibətlər var. Dövlət başçılarımızın, hökumət və parlament nümayəndə heyətlərinin müxtəlif illərdə ölkələrimizə qarşılıqlı səfərləri təşkil edilib. Azərbaycanın iş adamları Çexiya Respublikasının iqtisadiyyatının müxtəlif sferalarında ölkəmizi uğurla təmsil edirlər. 
Səfirlə tanışlığımız əsnasında ölkəmizi narahat edən iki mühüm məsələyə toxunduq. Birinci problem  - Covid-19 pandemiyası ümumdünya miqyaslı problemdir. Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə koronavirusla mübarizədə həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi. Qeyd olundu ki, ölkələrimiz pandemiya ilə mübarizədə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı davam etdirməlidirlər.
Səfir Ekertə həmçinin iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu və sərhədyanı kəndləri atəşə tutması barədə məlumat verdim. Bu aqressiya  nəticəsində həm mülki əhali, həm də hərbi heyət arasında şəhidlərimizin olduğunu bildirdim. Qeyd olundu ki, Ermənistanın bu təxribatı tək Azərbaycana qarşı deyil, həmçinin ölkəmizin iştirakçısı olduğu və Tovuz rayonu ərazisindən keçən transmilli layihələrə qarşı yönəlmiş təhdiddir. Bizi Ermənistan rəhbərliyinin münaqişəyə üçüncü tərəf kimi təmsil olunduqları hərbi-siyasi bloku cəlb etmək niyyəti ciddi narahat edir. 
Milli Məclisin deputatı Fatma Yıldırım bu gün Ağdam rayonunun işğalından 27 il ötdüyünü xatırlatdı. Bildirdi ki, 30 ilə yaxındır Ermənistan BMT TŞ-nin 4 qətnaməsini yerinə yetirməkdən boyun qaçırır. 
Cənab Ekert öz növbəsində qeyd etdi ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhəddinə hərbi əməliyyatların bərpası xəbərini böyük narahatlıqla qarşılayıb. Çünki bütün dünyanı Covid-19 pandemiyasının bürüdüyü bir vaxtda müharibənin alovlanması yeni-yeni insan tələfətına səbəb ola bilər. M.Ekert hesab edir ki, ölkəsində bizi yaxşı anlayırlar, çünki biz oxşar situasiyalara malikik. Ərazilərimizin sahəsi demək olar ki, eynidir, ölkələrimiz böyük qlobal güclərin arasında, maraqlarının toqquşduğu nöqtədə yerləşir və rəhbərliklərimiz xalqlarımızın təhlükəsiz şəraitdə yaşaması üçün ən oprtimal siyasi xətti yürütməlidirlər. 
Səfir Ekert dövlətinin mövqeyinə bir daha toxunaraq bildirdi ki, Çexiya Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş bütün sənədlərin tələblərini dəstəkləyir. 
Xalqımızın son gərginlikdə yeni şəhidlərinin olduğundan kədərləndiyini və başsağlığı verdiyini deyən M.Ekert əlavə etdi ki, sabah ölkəsində yaşayan azərbaycanlılar son hadisələrlə bağlı etiraz aksiyası keçirəcəklər

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ