Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


17/05/2022

İƏT PA-nın komitələrinin iclası keçirilib

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının üçüncü Ümumi Konfransı çərçivəsində assambleyanın Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi, Kommunikasiya və əlaqələndirmə və Qadın, Gənclər və mədəni məsələlər üzrə komitələrinin iclası oldu. Quruma üzv ölkələrin parlamentarilərinin iştirakı ilə komitə iclaslarında təşkilati məsələlərə baxıldı, komitələrin sədrləri, müavinləri və məruzəçiləri müəyyən edildi. İclaslarda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda çıxışlar edildi, müzakirələr keçirildi.
Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə komitənin iclasında iştirak etdim. Komitəsinin iclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkishili/nin sədrliyi ilə keçdi. 
T.Mirkişili bildirdi ki, bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 ili tamam olur. İƏT-ə üzv olduqdan sonra ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.
Komitə sədri Azərbaycanın ticarət əlaqələri haqqında danışaraq bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan hər bir ölkə, xüsusən də İƏT-ə üzvləri ilə əməkdaşlığa açıqdır. 
Gündəliyin “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxış etdim. Pandemiya dövründə ölkəmizdə görülən işlər, Azərbaycanın dünyada vaksini qəbul edən ilk ölkələrdən olduğu barədə məlumat verdim. 
İclasda mövzu ətrafında fikir mübadiləsi aparıldı, parlamentarilər postpandemiya dövründə görüləcək işlər barədə düşüncələrini səsləndirdilər.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ