Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Hərbi əməliyyatların getdiyi Tovuzda olduq

20/07/2020
Bu gün bir qrup həmkarımızla son bir həftədir hər bir azərbaycanlının ürəyinin döyündüyü Tovuzda olduq, döyüşlərin getdiyi kəndlərə baş çəkdik, camaatımızla görüşdük. Mətin ordumuzun qəhrəman zabit və əsgərlərinin Vətənin keşiyində möhkəm dayandıqlarının şahidi olduq. Dostlar, əmin olun: bu Xalq və Ordu işğalda olan torpaqlarımızı son qarışadək qaytarmağa qadirdir və qaytaracaq!
Tovuzun Ağdam kəndində şəhidimiz Elşad Məmmədov və Cəlilli kəndində şəhid İlqar Zeynallının məzarlarını ziyarət etdik. Ağstafanın Kolxəlfəli kəndində şəhidimiz Nazim İsmayılovun, Yuxarı Göycəli kəndində şəhid Vüqar Sadıqovun, Həsənsu kəndində şəhid Elçin Mustafazadənin, Qoçəsgər kəndində şəhid Yaşar Babayevin hüzn mərasimlərində olduq. Milli Məclisin Sədri və deputatları adından başsağlığı verdik. Allah şəhidlərimizə rəhmət etsin!
Son günlər xalqımız inanılmaz birlik, həmrəylik içindədir. Dəyərli seçicilərim, burada da yerli camaatın necə ruh yüksəkliyində olduğunun şahidinə çevrildik. Camaatımız ön xəttdə müzəffər ordusunun, arxasında isə güclü dövlətinin olduğunu yaxşı bilir. Mənfur düşmənin ən çox qorxduğu da bizim bu birliyimizdir!
Bizim ürəyimiz ordumuzla vurur. Silahlı Qüvvələrimizə inamımız sonsuzdur. Bu Ordu qələbə Ordusudur!















     

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ