Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


16/11/2021

Bu gün dairəmizin şəhidi Ələkbərov Fərid Tahir oğlunun torpağa tapşırılmasından 1 il ötür

Bu gün dairəmizin şəhidi Ələkbərov Fərid Tahir oğlunun torpağa tapşırılmasından 1 il ötür. Fərid keçən il sentyabrın 28-dən döyüşlərə atılaraq Şuşanın azad olunmasınadək çətin, ancaq şərəfli yol qət edib, Xankəndi ətrafındakı döyüşlərdə şəhid olub. O artileriyaçı olmasına baxmayaraq, piyada kimi döyüşlərə qoşulub və yoldaşlarını mühasirədən çıxarmaq üçün əvvəl yaralanıb, sonra isə Vətən uğrunda şəhid olub...
Fərid 18 iyul 1980-cı ildə Bakıda anadan olub. 1996-cı ildə Türkiyə İstanbul Kuleli Askeri Lisesinə qəbul olunub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankara Kara Harp Okuluna daxil olub və 2004-cü ildə təhsilini  başa vurub. Bununla kifayətlənməyən Fərid Isparta şəhərində Dağ Komando Məktəbinə qəbul olunub və buranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
2005-ci ildə peşəkar hərbi xidmətə baş leytenant tağım komandiri vəzifəsində başlayıb.
2013-cü ildən Heydər Əliyev adına Hərbi Akademiyada artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayor rütbəsinə qədər yüksəlib,  2018-ci ildən baş zabit vəzifəsinə təyin olunub.
Bu gün Fəridi Fəxri Xiyabanda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidimizin iş və cəbhə yoldaşları, dostları və doğmaları ilə yad etdik. Nə qədər ki, xalqımızın Fərid kimi oğulları var, bu Vətən düşmən əlinə keçməz!
Allah rəhmət etsin!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ