Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Ağacəkmə aksiyasında iştirak etdik

29/04/2022
Bu gün Ekologiya və Təbii sərvətlər Nazirliyi və İDEA ictimai birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyasında iştirak etdik. Tədbirdə Ekologiya və Təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ABŞ-ın və Çexiyanın Azərbaycandakı səfirləri Örl Litzenberqer və Milan Ekert də iştirak edirdilər. Cənab Ekertlə Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupu çərçivəsində təmaslarımız olub. Çexiya parlamentinə seçkilərdən sonra qrupun tərkibi dəyişilib, tezliklə görüşlərimizi bərpa edəcəyik.
Ağacəkmə layihəsi Xocasən qəsəbəsi yaxınlığında həyata keçirilir. Artıq 75 hektar ərazidə şam və zeytun ağacları əkilib. Hazırda təqribən 60, sonra isə 40 hektarlıq ərazi yaşıllaşdırılacaq. Tədqirəlayiq haldır ki, həyata keçirilən işlər minimum xərclərə başa gəlir. Suvarma üçün yaxınlıqdakı göldən götürülən su çənlərə vurulur, filtrasiyadan keçir və sonra tinglərə verilir. Nasos qurğuları üçün elektrik enerjisi yaxınlıqda quraşdırılmış günəş panellərindən götürülür. Əkilən tingləri isə nazirliyin müvafiq strukturları ərsəyə gətirir. 
Yaşıllıq bol oksigen, deməli, həyat deməkdir. Bakı üçün bu, olduqca vacibdir. İşlər bu sürətlə gedərsə, yaxın bir neçə ildə bəhrəsini görəcəyik

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ