Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


10/02/2021

Bu gün GUAM PA-nın 15-ci Büro iclasından sonra 13-cü sessiyası keçirildi

Sessiyanın gedişində Baltik Assambleyası, TÜRKPA və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin rəhbərlikləri də iştirak edirdilər. Bu, artıq ənənə halını alıb, çünki adıçəkilən təşkilatların GUAM PA ilə sıx əlaqələri var və bu münasibətlərin inkişafı bizim də maraqlarımıza cavab verir.
Milli Məclis Sədrinin müavini Adil Əliyevin giriş nitqi ilə açılan sessiyanın gedişində “Yeni qlobal çağırışlar şəraitində GUAM üzv dövlətlərinin əməkdaşlığı: COVID-19 pandemiyası, onun sosial və iqtisadi nəticələrinə qarşı mübarizə”, “GUAM üzv dövlətlərinin ərazisində münaqişələrin vəziyyəti və həlli perspektivləri”, “Parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişafı, GUAM PA ilə Baltik Assambleyanın əməkdaşlıq prioritetlərinin həyata keçirilməsi” və “GUAM-ın mühüm iqtisadi layihələrinin təşviqi, əməkdaşlığın yeni istiqamətləri” mövzularında fəal fikir mübadiləsi aparıldı. GUAM-ın Baş katibi Altay Əfəndiyev, Xarici İşlər Nazirliyinin Regional təhlükəsizlik idarəsinin Regional təhdidlər şöbəsinin müdiri Mahur Qasımov, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva və GUAM Katibliyini nümayəndəsi Səbuhi Temirov, həmçinin həmkarlarım Ceyhun Osmanov, Nəsib Məhəməliyev, Fatma Yıldırım, Əli Məsimli qeyd olunan mövzularda çıxışlar etdilər.
Assambleyanın fəal disskusiya şəraitində keçməsi bir daha göstərir ki, GUAM-ın təşkilat olaraq qurumda təmsil olunan müttəfiqlərimizin əməkdaşlığı baxımından ciddi potensialı var. Çox güman ki, bu işgüzar strateji tərəfdaşlıq atmosferi gələcəkdə də davam edəcək. Çünki qarşımızda xüsusilə iqtisadi sahədə görüləsi çox işlər var. GUAM məkanının zəngin iqtisadi perspektivi və imkanları bu qənaətimizi bir daha təsdiqləyir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ