Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


28/04/2022

GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib

Bu gün GUAM Parlament Assambleyasının Ticarət-iqtisadi və Hüquqi məsələlər üzrə komitələrinin videokonfrans formatında iclasları keçirildi. İclaslarda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin üzvləri, millət vəkili həmkarlarım Əli Məsimli (Ali Masimli), Qüdrət Həsənquliyev (Qudrat Hasanquliyev) və Fatma Yıldırım (Fatma Yıldırım) iştirak edirdilər.
Hər iki komitədə çıxışlarım oldu. Dövlətimizin erməni işğalından azad etdiyi ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri qurumdakı tərəfdaşlarımızın ciddi diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, bizim bu istiqamətdəki zəngin təcrübəmiz müttəfiqlərimizin marağına səbəb olur. Birinci çıxışım bu mövzuda oldu. Gürcüstan, Ukrayna və Moldovadan olan həmkarlarımız həm tikinti və bərpa prosesini tənzimləyən Prezident fərman və sərəncamları, Nazirlər Kabinetin qərarları, həm də həyata keçirilən işlər barədə məlumatlandırıldı.
Münasibət bildirdiyim ikinci mövzu isə qaçqınlar və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı idi. Dövlətimizin bu istiqamətdə də ciddi təcrübəsi var. 30 il müddətində 1 milyon əhalimiz öz ərazisində məcburi məhdudiyyətlər şəraitində yaşayır. Bu, böyük insan kütləsinin fundamental hüquqlarının pozulması deməkdir və təəssüf ki, onillər boyu dünya birliyi bu humanitar faciəni görməzdən gəlib. 
Qürurverici haldır ki, əgər Vətən müharibəsi ərzində və sonra dünya birliyi, beynəlxalq tərəfdaşlarımız və dostlarımız qələbəmizi, Müzəffər Ordumuzun apardığı yeni nəsil hərbi əməliyyatları müzakirə edirdilərsə, indi dövlətimizin azad edilmiş torpaqlarımızda apardığı sürətli bərpa prosesinə maraq göstərirlər.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ