Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


10/02/2021

Bu gün GUAM Parlament Assamleyasının 15-ci Büro iclası keçirildi

Azərbaycanın təşkilata rəhbərlik etdiyi dövr həmkarlarımızla məhsuldar əməkdaşlıq müddəti kimi yadda qaldı. Həm pandemiya, həm də Ermənistanın işğalına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları şəraitində bir sıra siyasi, hüquqi və təhlükəsizlik xarakterli  problemlərə operativ reaksiya verməli olduq. 
2020-ci ilin 24 iyulunda Azərbaycan tərəfinin təşəbbüsü ilə GUAM PA-nın növbədənkənar Büro iclasının keçirilməsini xüsusilə qeyd etməliyik. Səbəb Ermənistanın Tovuz rayonu ilə həmsərhəd bölgələrindən etdiyi növbəti işğalçılıq cəhdi idi. Müttəfiqlərimizin təşəbbüsümüzə operativ dəstək vermələri həm mövqeyimizin dəstəklənməsi, həm də təşkilatın daxilindəki həmrəylik baxımından parlaq nümunə oldu. Ümumilikdə, GUAM PA-ya rəhbərlik etdiyimiz dövrdə bir sıra iqtisadi xarakterli problemlərin də ciddi müzakirəsi oldu, aktiv fikir mübadiləsi apardıq. Ötən ilin son əlamətdar aksiyası isə GUAM PA-nın sədri və müşahidəçi heyətinin rəhbəri olaraq 2020-ci il oktyabrın 31-də Gürcüstanda parlamentə keçirilən  seçkiləri müşahidə etməyimiz oldu. Səfərimizin önəmi həm də onunla əlaqədar idi ki, pandemiya şəraitinin xüsusilə çətin dövründə müttəfiqlərimizin nümayəndələri Gürcüstana gələ bilmədiklərindən GUAM PA adından müşahidə missiyasının məsuliyyəti Azərbaycan nümayəndə heyətinin üzərinə düşürdü. 
Bugünkü Büro iclasında bütün yuxarıda qeyd olunanlara bir daha diqqət yetirib, fikir mübadiləsi apardıq. Bu ildən etibarən GUAM PA-da sədrlik strateji tərəfdaşımız və qonşumuz Gürcüstana keçir. Əminliklə qeyd etmək olar ki, ötən illərdə əməkdaşlıq istiqamətində əldə etdiyimiz uğur və formalaşmış pozitiv mühit gələcək dövrlərdə də davam edəcək 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ