Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


31/10/2020

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Hazırda seçki prosesini müşahidə edirik. Milli Məclis bu müşahidə missiyasında 2 qrupla təmsil olunur. GUAM Parlament Assambleyasındakı nümayəndə heyətimiz və  Azərbaycan-Gürcüstan dostluq qrupunun xətti ilə. GUAM PA-nın xətti ilə prosesi mən, həmkarlarım  Fatma Yıldırım və Nəsib Məhəməliyev müşahidə edirik. Dostluq qrupunda isə ölkəmizi millət vəkilləri Arzu Nağıyev, Məzahir Əfəndiyev və Əminə Ağazadə təmsil edirlər.
Seçki sakit atmosferdə keçir. Müşahidələrimiz göstərir ki, seçicilər aktivdirlər. Gürcüstanda pandemiya ilə bağlı situasiya gərgindir. Misal, üçün dünən tək Tbilisi üzrə 700-ə yaxın yoluxma qeydə alınıb. Ehtimal olunurdu ki, xususilə yaşlı nəsil məntəqələrə getməkdən çəkinəcəklər. Ancaq məcburi köçkünlərin səs verdiyi Tserovanidə yaşlı nəslin də səsverməyə gəldiklərini müşahidə etdik. Əlavə edim ki, burada səs verənlərin əksəriyyəti Cənubi Osetiyadan olan məcburi köçkünlərdir. 
Bu il seçki sistemində  dəyişikliklər var. 120 deputat proporsional, 30 nəfər isə majoritar qayda ilə seçiləcək. Əvvəllər bu bölgü belə idi: 77 proporsional və 73 majoritar. Tbilisi üzrə 8, ölkənin digər hissələrində isə 22 dairə var. Biz seçkiləri Tbilisi və Mtsxeta şəhərlərində, Tserovani yaşayış məntəqəsində müşahidə edirik

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ