Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Ağsaqqalımız Bəxtiyar Süleymanlının 95 illik yubileyidir

29/08/2020
Bu gün 32 ildir şəxsən tanıdığım hörmətli ağsaqqalımız Bəxtiyar müəllim Süleymanlının 95 illik yubileyidir. Bəxtiyar müəllim II Dünya müharibəsinin iştirakçısı, Azərbaycan dövlət təhlükəsizlik orqanlarının veteranı, istefada olan polkovnik-leytenantdır. O elə bir ağsaqqaldır ki, həm keçdiyi həyat yolu, həm də professional fəaliyyəti təhlükəsizlik orqanlarında çalışan gənc nəslin nümayəndələri üçün müsbət nümunələrlə doludur.
Bəxtiyar müəllim Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra təhlükəsizlik orqanlarında işə başlayıb, şərəfli anlarla zəngin 35 illik xidmət yolunu keçib. Bəxtiyar Süleymanlı ümummilli liderimiz Heydər Əliyevin peşəkarlıq məktəbinin yetirməsidir. O, Ulu öndərin dəyər verdiyi və qayğı göstərdiyi kadrlardan biri olub.
Dünən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin əmri ilə Bəxtiyar Süleymanlı “Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı” döş nişanı ilə təltif olunub. Bəxtiyar müəllim, Sizi təbrik edir, can sağlığı arzulayıram. Ağsaqqal öyüd-nəsihətiniz üstümüzdən əskik olmasın. Sizinlə fəxr edirik!
(Bəxtiyar müəllimlə birgə fotomuz koronavirus pandemiyasından əvvəl çəkilib)


Link: DTX Moderator.az 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ