Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


27/01/2022

Korporativ sosial məsuliyyət

Bu gün korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramlarının icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak etdim. Sosial tərəfdaşların sosial xarakterli tədbirlərdə, əhalinin aztəminatlı qisminə yardım aksiyalarında iştirakı günümüzün müsbət reallıqlarından biridir. İki ilə yaxındır dairəmizdə həyata keçirdiyimiz bir sıra layihələrdə dövlət qurumları ilə yanaşı sosial tərəfdaşlarımızın fəal dəstəyini hiss etmişik.
Tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də Prezident İlham Əliyevin tapşırığı əsasında sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə xeyli genişləndiyini vurğulayaraq sosial tərəfdaşların korporativ sosial məsuliyyət çərçivəsində bu proqramların icrasına göstərdiyi dəstəyi qeyd etdi.
Özəl sektorun təmsilçiləri, şirkətlər də şəhid ailələri və müharibə əlillərinin, digər həssas qruplardan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların avtomobillə təminatı, aztəminatlı ailələrin maddi dəstəklə təmin edilmələri və digər sahələrdə aparılan dəstək işlərində öz töhfələrini verirlər. Fikrimcə, bu, cəmiyyətimizin həmrəyliyi və ümumxalq əhəmiyyətli çağırışlar qarşısında birliyi baxımından olduqca önəmlidir

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ