Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


04/05/2022

İnsan hüquqları və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında

Bu gün Milli Məclisin İnsan hüquqları və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirildi. Gündəlikdə duran   “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ətrafında fəal fikir mübadiləsi aparıldı.
Müasir dövrdə informasiyanın mühafizəsi hər bir dövlət üçün mühüm həyati məsələdir. Bu baxımdan, ön sıraya çıxan problemlərdən biri də  kibertəhlükəsizliyin təmin edilməsidir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna yeni fəslin əlavə edilməsi təklif olunur. Bununla da qanunvericiliyimizə “kritik informasiya infrastrukturu” anlayışı gətirilir.
Kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılmasının zərurətini nəzərə alaraq və Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 17 aprel 2021-ci il tarixində “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalanıb. Qeyd olunan qanun layihəsində kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili (Tahir Mirkishili) bildirdi ki, kibertəhlükəsizliyin pozulması dünyada ən çox iqtisadi sahəyə ziyan vurur. İl ərzində dünya iqtisadiyyatına kibertəhlükəsizliyin pozulmasına görə dəyən zərər təxminən 10 trilyon dollara yaxındır. Bu isə dünya iqtisadiyyatının illik inkişafından iki dəfə çoxdur. Bu gün dünya sürətlə rəqəmsallaşmaqdadır və bu sahənin ciddi şəkildə qorunmasına ehtiyac var. Bu baxımdan, layihə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması üçün mühüm əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, qanunda kibertəhlükəsizliyin qorunması baxımından 10-a yaxın konkret sahə müəyyən olunub. Kibertəhlükəsizliyin qorunması təkcə dövlətin və hökumətin deyil, bütövlükdə cəmiyyətin funksiyasıdır. Bu qanunun qəbul edilməsi ümumilikdə iqtisadiyyatımızın inkişafında öz rolunu oynayacaq. 
Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ