Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


14/03/2022

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirildi

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirildi. Tədbir “Azərbaycan: Ölkə üzrə Sistemli Diaqnostik Tədqiqatın (ÖSDT) Yenilənməsi” təqdimatına həsr olunmuşdu. 
Təqdimatdan əvvəl Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı qeyd etdi ki, qurum hər bir ölkədə fəaliyyətinin bir neçə ilini əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasını hazırlamazdan əvvəl, Ölkənin Sistematik Diaqnostikası Tədqiqatını (ÖSDT) aparır. Hal-hazırda Azərbaycan üzrə tədqiqatın ilkin nəticələri ölkə parlamentinə təqdim olunacaq və sənədlə bağlı deputatlarla məsləhətləşmələr aparılacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbəri Tahir Mirkişili ölkəmizin Dünya Bankı ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək bildirdi ki, komitədə qurumun keçirdiyi tədqiqatlara və layihələrə ciddi önəm verilir. Komitə sədri son illər dünya və ölkə iqtisadiyyatlarının qarşılaşdıqları çətinliklər fonunda iqtisadi siyasət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində birgə əməkdaşlığın xüsusi önəm kəsb edə biləcəyini vurğuladı. 
Müzakirələr zamanı iqtisadiyyatın müasir çağırışlar fonunda gücləndirilməsi barədə fikir mübadiləsi aparıldı, qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olundu. 
Görüşdə həmkarlarım Mahir Abbaszadə, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Əli Məsimli, Rüfət Quliyev, Vüqar Bayramov, həmçinin Dünya Bankının nümayəndələri iştirak edirdilər

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ