Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


20/05/2022

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir neçə qanuna dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə etdik. Onlardan biri - “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda 
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üzərində xüsusi dayanmaq istəyirəm.
Ələt limanı və Ələt azad iqtisadi zonası Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sferasının inkişaf etdirilməsi və nəticə etibarı ilə büdcənin enerji daşıyıcılarından asılılığının azaldılması istiqamətində həyata keçirilən siyasətin uğurlu və parlaq nümunəsidir. Bu layihələrin önəmi Azərbaycanın işğal edilmiş torpaqlarını azad etməsi və Rusiya ilə Ukrayna arasında baş verən müharibədən sonra daha da artıb. Ələt İran ərazisində  tikilən və Naxçıvanla, ardınca isə Türkiyə və Avropanı Şərqlə birləşdirəcək yolun başlanğıcında önəmli mərkəz, hub rolunu oynayacaq. Bu yolun bir qismi işğaldan azad olunmuş torpaqlardan keçir. Yolun Qərbi Zəngəzur ərazisindən keçən istiqamətinin inşası Ermənistan hakimiyyətinin siyasi naşılığı və kəmsavadlılığı, uzaqgörən olmaması səbəbindən gecikir. Ancaq Yerevanın başqa yolu da yoxdur, əvvəl-axır özü yalvaracaq, istisna deyil ki, onda da gec olacaq. Hələlik isə Ələt limanı Çinlə Avropa arasındakı körpü olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşən önəmli logistika funksiyasını uğurla həyata keçirir. 
Rusiya-Ukrayna müharibəsi səbəbindən dünyanın aparıcı yükdaşıma şirkətləri logistika üçün Cənubi Qafqaz bölgəsini seçirlər. Bu günlərdə Danimarkanın yük daşıma nəhəngi "Maersk"  xüsusi proqram hazırlayıb və yüklərini Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Rumıniya xətti ilə Avropaya daşıyacaq. Bütün bunlar Prezident İlham Əliyevin siyasi praqmatikliyi və uzaqgörənliyinin bariz  sübutudur. Dövlət başçısının ölkə ərazisində müasir yol infrastrukturu, liman, avtomobil və dəmir yolu xəttlərinin yaradılması üçün atdığı addımlar bəhrəsini verir. 
Ələtdə yaradılmış azad iqtisadi zona Şərqdən Avropaya uzanan logistika və istehsal prosesində xüsusi önəmə malik olacaq. Müzakirə etdiyimiz yeni qanun layihəsi, bir çox məsələlərdə dəyişiklik edilməsini nəzərdə tutaraq azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradacaq və eyni zamanda yerli sahibkarların rəqabətə qabiliyyətliliyinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcək. Söhbət vergilərdən tutmuş gömrük işinin təşkilinədək geniş spektr məsələlərdən və mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsindən gedir

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ