Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


16/02/2022

İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclası

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət  komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmələrdə iştirak etdik. Tədbirdə əsas məqsəd Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair müzakirələr aparmaq idi. Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyinə toxunan komitə sədri Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğuladı. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar öz bəhrələrini verməkdədir. Komitə sədri bildirdi ki, bununla belə, qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir.
Son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini deyən kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sfera üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqladı. Keçən il taxılçılıq, pambıqçılıq və digər önəmli sahələrdə məhsuldarlığa diqqət çəkən nazir ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracı, bir çox məhsullar üzrə özünütəminetmədə müsbət dinamikanı göstərən rəqəmləri səsləndirdi. 
Ərzaq təhlükəsizliyinin təmini sahəsində Kənd təsərrüfatı Nazirliyinin üzərinə mühüm vəzifələr düşür. Aqrar sektor əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca amildir. Azərbaycan MDB-də aqrar islahatları həyata keçirən ilk dövlətdir. Kənd təsərrüfatı məhsulları ilə təminatın yerli imkanlara əsaslanması olduqca vacibdir. Müasir iqtisadiyyatın istənilən sahəsi kimi, kənd təsərrüfatı da yeni texnoloji vasitələrin tətbiqini tələb edir. Azərbaycan hökuməti bu istiqamətdə ciddi islahatlar həyata keçirir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ