Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb

07/02/2022
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın Tallində növbəti görüşü Estoniyanın xarici işlər naziri Eva-Maria Liimets ilə gerçəkləşdirildi. Estoniya parlamentinin sədri Yüri Ratas kimi xanım Liimets də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirdi. XİN rəhbəri də hesab edir ki, ölkələrimiz arasında mövcud olan münasibətlər potensialı tam əks etdirmir və iktərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.
Milli Məclisin sədri Sahibə xanım Qafarova 44 günlük müharibədən sonra regionumuzda vəziyyətin köklü şəkildə müsbətə doğru dəyişdiyini qeyd edərək iqtisadi əməkdaşlıq və sabitlik üçün böyük imkanların yarandığını bildirdi. Parlament rəhbərimiz qeyd etdi ki, bu imkanlar müstəvisində Estoniyanın həm Azəraycanla, həm də bütöv regionla iqtisadi təmaslarını intensivləşdirmək üçün əlverişli şərait var. Bu istiqamətdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən istifadə etmək olar. Bu nəqliyyat xəttlərinin böyük və əsas hissəsi Azərbaycandan keçir. Nəzərə alsaq ki, bu dəhlizlər bir müddət sonra regionu Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə əlaqəyə malik olacaq, mövcud perspektiv nəqliyyat potensialını daha da artıracaq.
Müzakirələr zamanı həm Estoniya tərəfi, həm də nümayəndə heyətimizin yekdil rəyi bu oldu ki, regionda sülh və təhlükəsizliyin bərqərar olması iqtisadi layihələrin reallaşmasına münbit şərait yaradıb

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ