Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


20/09/2022

Milli Məclisinin Gənclər və idman komitəsinin 2022-ci ilin payız sessiyasında onlayn formatda ilk iclası keçirildi

Bu gün Milli Məclisinin Gənclər və idman komitəsinin 2022-ci ilin payız sessiyasında onlayn formatda ilk iclası keçirildi. Komitənin sədri, Milli Məclis sədrinin müavini Adil Əliyev 12-13 sentyabr tarixlərində Ermənistanın növbəti hərbi təxribatı nəticəsində həlak olan döyüşçülərimizə rəhmət, ailələrinə səbir dilədi. Xalqımız şəhidlərini heç vaxt unutmayacaq!
Sonra gündəlikdə olan məsələlər müzakirə olundu. Komitə sədri 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatla çıxış etdi.
2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə vətəndaşlardan, idarə və təşkilatlardan rəsmi daxil olmuş 412 ərizə və məktuba, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara baxılıb və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara, bələdiyyələrə, dövlət orqanlarına və qurumlara sorğu məktubları göndərilib. Vətəndaşların müraciətləri mövcud qanunvericilik tələblərinə uyğun olaraq həll edilib.
Vətəndaşların sosial şəbəkə üzərindən, yaxud müxtəlif tədbirlərdə bildirdikləri  930-a yaxın şifahi müraciətləri də dinlənilib, qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb və ya lazımi izahatlar verilib.
2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Gənclər və idman komitəsinin 31 qəbulu keçirilib, bu görüşlərdə ümumilikdə 326 vətəndaş iştirak edib. Müxtəlif dövrlərdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla və gənclərlə görüşlər keçirilib. Komitənin yaz və növbədən kənar sessiyası dövründə komitə üzvlərinin iştirakı ilə  sağlamlıq imkanları məhdud olan 100 nəfər qazi və şəhid ailələrinə müasir əlil  arabaların paylanması ilə əlaqədar tədbir keçirilib. Gənclər Günü ilə əlaqədar Vətən müharibəsi qaziləri, şəhid ailələrinin gənc üzvləriylə görüş keçirilib.
Fikir mübadiləsindən sonra 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqləndi.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ