Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
27/09/2022
Yasamal rayonunda Vətən müharibəsi şəhidlərini anım mərasimi keçirilib
Bu gün Yasamal rayonunda Vətən müharibəsi şəhidlərimizi anma məqsədilə keçirilmiş tədbirlərdə iştirak etdik. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, həmkarlarım Ülvi Quliyev və Səbinə Xasayeva, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri ilə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə ağacəkmə aksiyasına qatıldıq. Sonra Fəxri Xiyabana baş çəkib vətən uğrunda
canından keçmiş övladlarımızın məzarlarını yad etdik. Şəhid ailələri və qazilərimizlə söhbətləşdik.
Tədbirlərin sonunda Təzəpir məscidində şəhidlərimizin ruhuna dualar oxundu, ehsan verildi. Burada da qazilərimizlə, şəhidlərimizin yaxınları ilə bir daha görüşdük, hal-əhval tutduq.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun! Dövlətimiz, xalqımız çətinlik görməsin. Azərbaycan var olsun, bayrağımız yüksəklərdə dalğalansın!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.