Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


24/02/2022

YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə Xocalı soyqırımı barədə tədbir

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə müasir tariximizin ən kədərli anlarından biri - Xocalının işğalı və xalqımıza qarşı soyqırımının törədilməsinin 30-cu ildönümünə həsr olunmuş videokonfrans formatında tədbir keçirildi. Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə keçirilən tədbridə YAP Veteranlar Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyadaşlarımız iştirak edirdilər. Tədbirdə Xocalı soyqırımının canlı şahidlərinin xatirələrinin əsk olunduğu sənədli film nümayiş olundu. Çıxışçılar həmin günlərə qayıdaraq Xocalı soyqırımının törədilməsi ərəfəsində baş verən siyasi hadisələrdən, ermənilərin ötən əsrin 80-ci illlərinin ortalarından başlayaraq separatçı meylləri biruzə vermələrindən danışdılar.
44 günlük Vətən müharibəsi ərzində qəhrəman ordumuz Xocalı qırğını zamanı və ümumiyyətlə, I Qarabağ müharibəsində qanı tökülmüş bütün şəhidlərimizin qisasını aldı. Azərbaycanın qəhrərman oğulları göstərdilər ki, xalqımıza qarşı istənilən təcavüz cəhdinin qarşısı yerindəcə alınacaq və düşmən məhv ediləcək. Allah bütün şəhidlərimizə, Xocalı soyqırımı qurbanlarımıza rəhmət etsin! Allah ordumuzu var etsin!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ