Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


18/11/2021

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında partiyamızın yaranmasının 29-cu

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında partiyamızın yaranmasının 29-cu ildönümünü qeyd etdik. Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında yaradılıb, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. Partiyamızın yaranması o dövrün sosial sifarişi və cəmiyyətin ölkəmizdə baş verən hadisələrə reaksiyasının göstəricisi idi. 
YAP-ın yaranma tarixi Sovet İmperiyasının dağıldığı və yerində faktiki olaraq heç nəyin bərqərar olmadığı dövrə təsadüf edir. Bu o deməkdir ki, Azərbaycanda dövlət sıfırdan qurulmalı idi. Bu prosesi isə dövlətçilik təcürbəsi olan siyasi lider və onun təcürbəli komandası həyata keçirə bilərdi. YAP həmçinin bu reallıqdan doğulmuş siyasi təşkilat idi. 
Bu gün Azərbaycanın böyük geosiyasi gücə çevrilməsi YAP-ın liderləri – Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin siyasi zəkasının nəticəsidir. Nəzərə alsaq ki, ölkəmizin ciddi geosiyasi ölçüyə çevrilməsi YAP-ın ölkədəki hakimiyyəti dövründə baş verib, belə nəticəyə gəlmək olar ki, partiyamız Qafqazda nəinki ən böyük siyasi təşkilatdır, habelə regionda ciddi siyasi faktordur.
Bu illər həm də onu nümayiş etdirdi ki, YAP yalnız siyasi partiya deyil. YAP xalqın bir parçasıdır. Çünki bizim bugünkü qələbələrimiz xalqın dəstəyi olmadan mümkünsüz idi. Xalqımız öz liderlərinə inandı, partiyamıza güvəndi və nəticə etibarilə həm hərbi qələbəmizi gördü, həm də sabit, firavan dövlətdə yaşayırıq. Belə demək mümkündürsə, partiyamız Azərbaycan xalqının müdrikliyinin məhsuludur.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ