Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


24/05/2022

Seçicilərimizlə növbəti qəbulumuz baş tutdu

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının qərargahında seçicilərimizlə növbəti görüşümüzü keçirdik. Qəbulda iştirak edən sakinlərimizin qaldırdıqları problemlər həmişəki kimi müxtəlifdir: məşğulluq, sosial təminat, təhsil, kompensasiya, hüquqi yardım və s. Qarşıdakı aylarda "Sovetski" kimi tanıdığımız ərazidə yeni tikinti işlərinin aparılması ehtimalı ətrafında ictimai rəydə, sakinlər arasında müzakirələr getdiyindən bu məsələ hər zamankı kimi aktuallığını saxlayır və seçicilərimizi maraqlandırır. 
Qaldırılan bəzi məsələlərin həlli qanunvericiliklə nəzərdə tutulmayıb. Belə hallarda sosial tərəfdaşlara müraciət etmək lazım gəlir. Fikrimcə, seçici problemlərinin həlli üçün işlək mexanizmlərdən biri də budur. Qarşıdakı günlərdə qaldırılan məsələlərdə sakinlərimizə yardımçı olmağa çalışacağıq.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ