Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
10/02/2022
DGK-nin 30 illik yubileyi
Bu il müstəqil dövlətçiliyimizin mühüm göstəricilərindən biri olan Dövlət Gömrük Komitəsi/nin 30 illik yubileyi qeyd olunur. Müasir Azərbaycan dövlətinin tarixində əks olunan bu əlamətdar günlə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" yubiley medalı ilə təltif olunmuşam. Medalı bu gün mənə DGK sədrinin birinci müavini İsmayıl Hüseynov təqdim etdi.
Bu əlamətdar tarixlə əlaqədar olaraq DGK-nin başda rəhbərliyi olmaqla bütün kollektivini təbrik edir, dövlətçiliyimiz və iqtisadi tərəqqimiz naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Ayrıca olaraq nümayiş etdirilən diqqətə görə komitənin sədri Səfər Mehdiyevə təşəkkürümü bildirirəm
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.