Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


14/04/2022

Bu il Şuşa şəhərinin 270 illiyi təntənəli şəkildə qeyd olunacaq

Bu il Şuşa şəhərinin 270 illiyi təntənəli şəkildə qeyd olunacaq. Prezident cənab İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Yaxın günlərdə qala-şəhərimizdə növbəti “Xarıbülbül” Festivalı keçiriləcək. Şuşada tikinti-abadlıq işləri sürətlə davam edir. Ermənistanın işğalı altında olduğu illərdə şəhərin tarixini silməyə və saxtalaşdırmağa yönəlmiş cəhdlərin hamısı uğursuzluqla nəticələndi. İndi mədəniyyət paytaxtımızın həyatında yeni mərhələ başlayıb. Xalqımız Qarabağ xanlarının bizə yadigarı olan Şuşanı yenidən dirçəldir.
Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının birgə təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində “Şuşa, Sən Azadsan!” adlı tədbirdə məruzə ilə çıxış etdim. Millət vəkili həmkarlarım Ülvi Quliyev və Səbinə Xasayeva, İH-nin rəhbər heyəti, ziyalılar, partiyamızın fəallarının da iştirak etdikləri tədbirdə İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayonumuzun şəhidlərinin ailələrinə növbəti medalları təqdim etdi. Sonra isə İncəsənət Gimnaziyasının “Şuşa İli”nə həsr edilmiş ədəbi-bədii kompozisiyasına tamaşa etdik

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ