Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


03/11/2023

Bu ilin 9 ayında bütün makroiqtisadi göstəricilərdə artım olub

Dünən Milli Məclisdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin (birinci oxunuş) müzakirəsinə başladıq. Prezident cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən sənədin müzakirəsinə parlament sədri Sahibə Qafarovanın təşəbbüsü ilə qanunverici orqanda təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri də iştirak edirlər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, bütövlükdə 2023-cü ildə dünyadakl mürəkkəb proseslər fonunda iqtisadi artım mülayim templərlə davam edib. Cari ildə Azərbaycanda ÜDM-in artım tempinin ilin sonuna qədər 1,9 faiz olması ssenarisi təklif olunub. 2024-cü ildə ölkəmizdə artımın 2,4 faiz, neftin 1 barrelinin orta qiyməti optimist ssenaridə 80 ABŞ dolları nəzərdə tutulub. Bu ilin sonuna inflyasiyanın 9,5 faiz, növbəti ildə 5,3 faiz olacağı planlaşdırılır.

Müzakirələr ərzində çıxışımda bildirdim ki, 2023-cü ilin 9 ayında bütün makroiqtisadi göstəricilərdə artım müşahidə olunub, əlavə dəyər istehsal edilib. Bu tendensiya 2024-cü ildə də davam edəcək ki, bu, olduqca sevindirici haldır. ÜDM-in gələn il ərzində artımı 2.4% proqnozlaşdırılır.

Müsbət tendensiyadır ki, idxal olunan inflyasiya idarə olunan hala gətirilib və rəqəm olaraq 11.7%-ə enib.  İlin sonuna kimi 9.5%, inflyasiya səviyyəsinin isə 5.3% olması gözlənilir.

Bu il parlamentdə qəbul etdiyimiz yeni qanunlar və mövcud qanunlara dəyişikliklərin bir çoxu 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək. Bu da bir çox sahələr üzrə öz müsbət effektini göstərəcək:

1. Bir sıra ərzaq məhsulları istehsalında istifadə olunan texnika və avadanlıqların, aralıq məhsulların idxalına vergi və gömrük güzəştlərinin tətbiqi bu sahədə stimulverici effekt yaradacaq;

2. Sahibkarlıq fəaliyyəti sahəsində vergi güzəştlərinin tətbiqi, bir sıra sahələrdə əmlak və torpaq vergisi üzrə müddətli azad olunma, turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqinin verilməsi həyata keçiriləcək;

3. Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması (ƏDV-nin qaytarılmasının gəlir vergisindən azad olması, bir sıra maddi yardım və birdəfəlik müavinətin vergidən azad olan hissəsinin 1000 manatdan 2500 manat artırılması) baş verəcək.

2024-cü ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərclərinin bu illə müqayisədə 5.2%, müdafiə və milli təhlükəsizlik xərclərinin 5.5% artırılması planlaşdırılır. Böyük Qayıdışın təmin edilməsi üzrə 4 milyard manat əsaslı xərclərin nəzərdə tutulmasını xüsusilə dəstəkləyirəm. 

Eyni zamanda, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı bəzi qeydlərimi bildirmək istəyirəm. Büdcə layihəsindən göründüyü kimi, 1.1 milyard manat vəsait kənd təsərrüfatı üçün nəzərdə tutulub. Bunun 507 milyon manatı su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatının maliyyələşməsinə yönəldilib. Bu, olduqca mühüm tədbirdir. Digər vacib istiqamət ərzaq təhlükəsizliyi məsələsidir ki, bu məqsədlər üçün də 502 milyon manat vəsait nəzərdə tutulub. Ölkəmiz aqrar potensialı yüksək olan ölkədir, əhalinin ərzaq məhsulları ilə təminatının daxili istehsal hesabına ödənilməsi əhəmiyyətli məsələdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları öz zəngin təbiəti, su ehtiyatları, bərəkətli torpağı ilə bu məsələdə öz tövhəsini verəcək. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin üzərinə çox fəal işlər düşür. Əlbəttə, müəyyən irəliləyişlər var, amma görüləsi işlər daha çoxdur.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ