Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilib

12/11/2022

Dünən Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib. Müzakirəyə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil edilən 8 məsələ təqdim olunu. 

Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi ölkə Prezidenti İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də məhz bu baxımdan tərtib edilib. Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6,2 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur. 

Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat, 2022-ci ildə 371 manat təşkil edib, 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, son 4 ildə əmək pensiyalarının orta aylıq məbləği 120 manatdan çox artıb. Növbəti ildə yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə pensiyalarda artım nəzərdə tutulub.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ