Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


22/12/2021

Şəhidimizin ailəsini ziyarət etdik

Dünən dairəmizin şəhidi Cavadov Mahmud Heydər oğlunun evində oldum, valideyinləri ilə söhbət edib, güzəranları ilə maraqlandım. Mahmud Talış kəndini azad edən qəhrəman övladlarımızdan biridir. Suqovuşanda Vətən uğrunda şəhid olub. Qonşuları və dostları onu sakit, mədəni, tərbiyyəli gənc kimi xatırlayırlar. Texniki Universitetin məzunu olub. Valideyinləri Mahmudun hədsiz dərəcədə qayğıkeş övlad olduğunu deyirlər... 
Mahmud ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif edilib.
Atası Cavadov Heydər Birinci Qarabağ savaşının iştirakçısıdır. Əslən Cəbrayıl rayonundandır. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid oğullarımızın və qazilərimizin hansı hisslərlə döyüşlərə qatıldıqlarını yaxşı anladığını deyir. Çünki vaxtilə özü də bu yolu keçib. Allah Vətənə Mahmud kimi oğul böyüdüb boya-başa çatdırmış ana və ataları bizlərə çox görməsin. Allah Mahmuda və bütün şəhidlərimizə rəhmət etsin!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ