Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Cənubdan əsən soyuq küləklər

24/10/2022

Son bir aydır cənub qonşumuz İranda daxili narazılıqlar səngimək bilmir. Bu, təbii ki, İranın daxili işidir. Ancaq nədənsə ölkə içindəki çoxsaylı problemlərə görə üzə çıxmış kütləvi narazılıqları səngitmək, problemləri yoluna qoymağa cəhd etməkdənsə, İran qonşulara yönəlik məntiqsiz, aqressiv bəyanatlar verir, bu ölkənin rəsmi şəxsləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə şübhə edən ifadələr işlədir, sosial şəbəkələrdəki hesablarında bu məzmunlu statuslar paylaşırlar. 

İran dövləti müsəlman Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlamış, minlərlə müsəlman azərbaycanlını qətlə yetirmiş, məscidlərimizi təhqir etmiş Ermənistanı və erməniləri himayə edən addımlar atır, ən yüksək səviyyədə Yerevanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab etdiyini deyir. Ermənilərin məscidlərimizdə donuz saxladıqlarını nə tez unudub İran İslam Respublikası?

Ola bilsin ki, İran Ermənistan müstəvisində izlənən geosiyasi boşluqdan istifadə edib burada möhkəmlənmək niyyətindədir. Ancaq nə səbəbdən bizim - müsəlman qonşusunun hesabına? 

Bəyəm biz 2020-ci ilin 44 günlük müharibəsi dövründə İranın Ermənistanın müdafiəsinə və xilasına yönəlmiş addımlarını unutmuşuq?

https://www.facebook.com/elnur.allahverdiyev78/videos/2319063611561772/

https://elnurallahverdiyev.az/az/news/irandan-silah-dasinmasi-islam-hemreyliyi-prinsipleri-ile-uzlasmir



Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ