Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


30/07/2020

Yeni aksiyaya başladıq

Əziz dostlar! Dəyərli seçicilərim!
İyulun 22-dən etibarən pandemiya nəticəsində tətbiq olunan karantin rejimi səbəbilə dairəmizin çətinlik çəkən sakinləri və ailələri üçün nəzərdə tutulmuş yeni aksiyaya başladıq. Aksiyamız 8 gün davam etdi və dünən başa çatdı. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birlikdə sakinlərimizə ərzaq sovqatı çatdırdıq. Bu işdə bizə həmişəki kimi partiyamızın gəncləri və könüllülərimiz kömək etdilər. Onların hər birinə dərin təşəkkürümü bildirirəm! 
Bir həftədən çox davam edən yardım kampaniyası çərçivəsində 402 yeni ünvanda olduq. Hər zaman başlıca amalımız dairəmizin maksimum sayda yeni ünvanlarına yardım çatdırmaq olub. Eyni zamanda, artıq tanıdığımız, evlərində olduğumuz yaşlı, ahıl, fiziki cəhətdən məhdudiyyətləri olan sakinlərimizə bir daha baş çəkdik, onları unuda bilmərik.  
Budəfəki aksiyamızın Qurban bayramı ərəfəsində həyata keçirilməsi də bir rəmzi xarakter daşıyırdı. Sakinlərimizlə ünsiyyətdə olub bayramlaşmaq üçün bir fürsət oldu. Bir daha sizin hər birinizi öz adımdan və komanda üzvlərimiz adından təbrik edirəm. Bu bayram bir çoxlarımızın həyatına ən çətin və mürəkkəb ilin Qurban bayramı kimi həkk olunacaq. Ancaq bu günlər həm də bizim birlik günlərimizdir. Bizim və dövlətimizin. Biz birlikdə güclüyük!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ