Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


25/11/2023

Çexiya mediasında Azərbaycanla bağlı obyektiv şərh

Bu günlərdə Çexiya mediasında Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yaranmış yeni reallıq, ölkəmizin Avropa Birliyi və Çexiya ilə münasibətlərinə dair növbəti obyektiv məqalə dərc edilib. Təhlükəsizlik üzrə ekspert və analitik Miloş Balabanın müəllifi olduğu şərhin bəzi hissələrini sizinlə bölüşürəm:
        Bir dondurulmuş münaqişənin otuz ildən çox davam edən hekayəsi beləcə sona yaxınlaşır. Rusiyanın Ukraynaya təcavüzü də buna imkan yaratdı. Həm Moskva, həm də Qərb diqqəti Cənubi Qafqazdakı hadisələrdən yayındıran bu münaqişəyə yönəldib. Ukrayna hadisələrinin təsiri altına düşən beynəlxalq ictimaiyyət ərazi bütövlüyü prinsipinə hörmətin separatçı azlığın maraqlarından üstün tutulmalı olduğunu təsdiqləyib;
        Paşinyan bu fikirdədir ki, Dağlıq Qarabağdan yapışmaqdansa, iqtisadi durğunluğa səbəb olan geosiyasi blokadadan əziyyət çəkən və insanların, əsasən də savadlıların böyük axınına məruz qalan Ermənistanın özünün varlığını qorumaq daha vacibdir. O yəqin ki, sələflərinin “diplomatik ikiüzlülüy”ünü daha davam etdirə bilməyəcəyini anlayıb;
        Azərbaycandakı vəziyyətə daha geniş regional kontekstdə baxılmalıdır. Bu, dini və mədəni baxımdan tolerant ölkədir. On minlərlə erməninin, eləcə də xeyli yəhudi azlığının müsəlman ölkəsində yaşaması kifayət qədər ciddi tolerantlığın sübutudur. Azərbaycan siyasi cəhətdən sabit ölkədir və Prezident Əliyev Ermənistana qarşı apardığı siyasət də daxil olmaqla, xalqın əksəriyyətinin dəstəyini alır;
        Bakı Avropa İttifaqının enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Ötən il Avropa İttifaqına 12 milyard kubmetr qaz verilib ki, bu da 2021-ci illə müqayisədə üçdə bir qədər çoxdur. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin 2022-ci ilin iyulunda Azərbaycana səfəri zamanı qaz ixracının 20 milyard kubmetrə çatdırılması haqqında saziş imzalanıb;
        Qaz və ya neft də Azərbaycan-Ermənistan münasibətlərində sabitləşdirici rol oynaya bilər. Azərbaycandan Ermənistan ərazisindən keçməklə Aralıq dənizindəki terminallara qaz və ya neft kəmərinin çəkilməsindən danışılır. Ümumi iqtisadi maraq sadəcə olaraq keçmiş düşmənləri bir-birinə yaxınlaşdırmaq potensialına malikdir. Çexiya üçün regionda baş verən prosesləri nəzarətdə saxlamaq həm də ona görə vacibdir ki, Bakı uzun müddətdir neft tədarükü ilə Çexiyanın “gözəgörünməz müttəfiqi”dir. 2022-ci ildə o, bizim ikinci ən böyük tədarükçümüz olub;
        Azərbaycan və Ermənistan arasında düşmənçiliyi aradan qaldırmaq Avropa İttifaqı və NATO üzvü kimi Çexiyanın da marağındadır. Çexiya həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərə malik olması sayəsində buna öz töhfəsini verə bilər. Bu şansı əldən verməməliyik.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ