Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


24/11/2023

Çexiyalı deputatdan Azərbaycana dəstək

Dövlətimiz Vətən müharibəsində Ermənistanı məğlub edib tarixi ədalətsizliyə son qoydu. Biz döyüş meydanında gücümüzü bütün dünyaya nümayiş etdirdik. Ancaq mübarizəmizin bununla bitdiyini düşünmək sadəlöhvlük olardı. Ərazimizə, tariximizə, irsimizə göz tikənlər hər zaman olacaq. Deməli, təbliğati müstəvidə işimizi gücləndirməli, dünyada ölkəmiz və xalqımız haqqında mövcud olan pozitiv münasibətin daha da güclənməsinə, reputasiyamıza kölgə salma cəhdlərinə qarşı ayıq-sayıq olmalıyıq. Bu işdə səfirliklərimizin və diaspora strukturlarımızın önəmli rolu var və hər birimiz xaricdəki diplomatik nümayəndəliklərimizə, soydaşlarımıza dəstək olmalıyıq. Eyni zamanda, müxtəlif ölkələrin parlamentlərindəki dostluq qruplarımızla da ünsiyyətimizi intensivləşdirməliyik.
Çexiya Azərbaycana dost ölkədir. Aramızdakı münasibətlər strateji səviyyədədir. 2013-cü ildə Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının tanıyan qərar qəbul edib. Qərarda Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, kütləvi qırğın və soyqırım hallarını törədilmə vaxtı və yerindən asılı olmayaraq pisləyib və bununla bağlı qəbul olunmuş qətnamələrin qətiyyətlə yerinə yetirilməsinə çağırıb. Bu kontekstdə Xocalıda törədilmiş kütləvi qırğın bəşəriyyətə qarşı cinayət kimi səciyyələndirilib və pislənilib.
Bu günlərdə çex həmkarımız, Avropa Parlamentinin deputatı Yan Zahradil Azərbaycanla bağlı Çexiya mətbuatına müsahibə verib. Həmin müsahibənin bəzi hissələrini sizinlə bölüşürəm:
        Azərbaycan Qafqaz reallıqlarına görə çox sabit ölkədir, baxmayaraq ki, mövqeyi heç də asan deyil. Azərbaycana coğrafi baxımdan baxsaq, şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəddir. Hər iki ölkə təhlükəsizliyə təhdid kimi xarakterizə edilə bilər. Məsələn, Gürcüstan və ya Ermənistanda Rusiyanın təsiri səbəbi ilə vəziyyət mürəkkəbdir. Onlarla müqayisədə Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi və sosial baxımdan sabit ölkədir;
        Mən on ildən artıq Avropa Mühafizəkarlar və İslahatlar Partiyasının sədri olanda biz həm də Cənubi Qafqazda - Gürcüstanda, Ermənistanda və Azərbaycanda tərəfdaşlar axtarırdıq. Mən Azərbaycanı Rusiyanın təsirinə ən az məruz qalan ölkə kimi qəbul etdim. Azərbaycan Avropa İttifaqına üzv olmaq istəməsə də, Avropa İttifaqı ilə yaxşı münasibətlər qurmaq istəyir, bir sözlə, biznes qurmaq üçün perspektivli tərəfdaşdır. Məni tanıyan hər kəs bilir ki, mən real siyasətin tərəfdarıyam. Ona görə də deyirəm ki, biz Çexiya olaraq maraqlar siyasəti ilə məşğul olmalıyıq. Getdikcə mürəkkəbləşən bu dünyada manevr etməyi bacarmalı, ən yaxşı həll yolu axtarmalı, real vəziyyətdən çıxış etməli və tərəfdaşlarımız arasında antaqonizm yaratmamalıyıq;
        Gəlin unutmayaq ki, Qarabağ bölgəsi və ona bitişik ərazilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Bu yaxınlarda Ermənistanın baş naziri Paşinyan da bu faktı etiraf etdi və azlıqların hüquqlarının müdafiəsi şərti ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazır olduğunu bildirdi;
         Türkiyə Azərbaycanın güclü müttəfiqidir. Türkiyə prezidenti Ərdoğan 2021-ci ildə Ermənistan üzərində qələbə münasibətilə keçirilən paradda Prezident Əliyevlə birgə tribunada durmuşdu. İki ölkənin dil və mədəniyyət yaxınlığını nəzərə alsaq, bu, təbiidir. Qərb KİV-i Türkiyə tərəfindən dəstəklənən müsəlman Azərbaycan və rəhmdil, xristian Ermənistan barədə əhvalatlar danışmağı sevir. Reallıq isə daha mürəkkəbdir: Ərdoğan Atatürkdən bu yana Türkiyənin ən uğurlu siyasətçisidir. Onun siyasətinin bir istiqaməti Orta Asiyada türk dövlətlərinin ittifaqını qurmağa yönəlib. Azərbaycan da bu ittifaqa daxildir. Türkiynin ermənilərə qarşı Azərbaycanla birləşməsinə dair təsəvvürlər artıq işləmir. Türkiyə Ermənistanla sərhədlərin açılmasında, malların dövrüyyəsində və insanların qarşılıqlı hərəkətində maraqlıdır. İndi növbə Ermənistandadır.  
Çex dilində müsahibəni aşağıdakı keçiddən oxuya bilərsiniz

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ