Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


21/06/2023

Çexiyalı deputatlar Azərbaycanda səfərdədirlər

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik  və qrupun üzvü Mixal Ratiborski Milli Məclisin bu ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun dəvəti ilə ölkəmizdə səfərdədirlər. Dünən çex parlamentarilər Xarici İşlər Nazirliyində olub nazir müavini Fariz Rzayevlə görüşüblər. Görüşdə ölkələrimiz arasındakı münasibətlər müzakirə olunub. Daha sonra isə çexiyalı deputatların İqtisadiyyat Nazirliyində nazir müavini Sahib Məmmədovla görüşləri baş tutub. 

Hazırda Çexiya parlamentinin deputatları işğaldan azad edilmiş Ağdamda səfərdədirlər. Onlar həm erməni vəhşiliyinin fəsadlarını öz gözləri ilə görəcək, həm də dövlətimiz tərəfindən burada həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olacaqlar. Onları ölkəmizə səfərləri ərzində həmkarlarım Soltan Məmmədov, Emin Hacıyev, Əliabbas Salahzadə, Nurlan Həsənov və Elşən Musayev müşayət edirlər.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ