Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


22/12/2021

"Qalib Sərkərdə" Rəsm sərgisi

Bu gün rayonumuzun və dairəmizin mədəni həyatında əlamətdar tədbirə şahidlik etdik. Yasamal rayonu Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının yerli təşkilatının dəstəyi ilə seçicimiz, istedadlı rəssam Ceyhun Abdullayevlə sənət dostlarının rəsm sərgisini keçirdik. Ceyhunla görüşlərimiz ərzində belə bir sərginin həm gənc rəssamlar üçün bir stimul, həm də dairəmizdə, rayonumuzda rəsmə, təsviri sənətə marağa səbəb ola biləcəyini bir neçə dəfə müzakirə etmişdik. Sərginin keçirilməsi üçün Yasamal RİH-ə və YAP Yasamal rayon təşkilatına müraciət etdik.  Hər zaman olduğu kimi, həm icra başçısı Elşad Həsənovun, həm də partiyamızın yerli özəyinin sədri Bəxtiyar Nəbiyevin dəstəyini gördük. Qərara gəldik ki, sərgi Heydər Əliyev Mərkəzində keçirilsin.
Sərgidə Ümummilli lider Heydər Əliyevə, Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Vətən müharibəsi, Qarabağ, xarıbülbül, Şuşa, Vətən müharibəsi şəhidlərimizə və qazilərimizə həsr olunmuş 30-dan çox sənət əsəri nümayiş olunur. Sərgi bir həftə davam edəcək. Rəsm əsərləri gənc və istedadlı rəssamlarımıza məxsudur. Maraqlanan sakinlərimiz Yasamal rayonu Heydər Əliyev Mərkəzində sərgi ilə tanış ola bilərlər. Sərgiyə gələn və gənc rəssamlara mənəvi dəstək olan deputat həmkarlarıma təşəkkür edirəm. Ceyhuna və onun istedadlı dostlarına gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıram!
Yasamal Rayon İcra Hakimiyyəti 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ