Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


17/02/2023

Dairəmizdə 2023-cü ilin ilk səyyar qəbulu

Dünən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla dairəmizin ərazisində 2023-cü ilin ilk səyyar qəbulunu keçirdik. İcra başçısının verdiyi məlumata görə, 2022-ci ildə rayonda yerli icra strukturları rəhbərlərinin iştirakı ilə 38 səyyar qəbul keçirilib. Bu görüşlərdə 520 məsələ qaldırılıb, onların əksər hissəsi öz həllini tapıb.

Bugünkü qəbulda da sakinlərimizi maraqlandıran suallar dinlənildi. Dairəmizin bir neçə sakini tərəfindən yaşadıqları evlərin təhlükəsizlik qaydalarına cavab verməməsi problemi qaldırıldı. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fəsadları fonunda səslənən problem olduqca aktualdır. Rayonumuzda, xüsusən də dairəmizin ərazisində belə evlər var. Bu kimi binalarla bağlı millət vəkili olaraq mən də müvafiq orqanlara, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər ünvanlamışam. İcra başçısının verdiyi məlumata əsasən, müvafiq strukturlara sözügedən problemlə bağlı Yasamal Rayon İH tərəfindən də müraciət olunub.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ