Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


11/12/2020

Dairəmizdə abadlıq işləri

Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bütün diqqətimiz cəbhədə, döyünən ürəklərimiz isə Müzəffər Ordumuzun yanında oldu. Bir-birinin ardınca şəhər və kəndlərimizin azad olunması haqqında gələn xəbərlərdən yaxşı nə ola bilər? Həyəcan, azad edilmiş yurdumuzun sevinci, şəhidlərimiz üçün kədər hisslərimizin məntiqi nəticəsi kimi möhtəşəm Qələbəni yaşadıq. İndi isə bu qələbəni quruculuq, abadlıq, normal həyatın bərpası və xalqın rifah halının yüksəlməsini hədəfləmiş tədbirlərlə davam etdirməliyik. 
Vətən müharibəsi ərzində də dairəmizdə seçicilərimizlə ünsiyyətimiz davam edib. Şəhidlərimizin dəfn mərasimlərində iştirak etmişik. Allah rəhmət etsin! Dairəmizin sakinləri olan yaralı qazilərimizə baş çəkmişik və davam edirik. Təbii ki, istək və şikayətləri də dinləmiş, icra strukturları ilə onların həllinə çalışmışıq. Salatın Əsgərova küçəsinin bir hissəsi və 16-cı Nərimanov döngəsində görülən işlər bunun əyani göstəricisidir. Seçicilərin müraciəti əsasında Yasamal Rayon İcra Hakimiyyəti S.Əsgərova küçəsinin Qədirli küçəsi və Nərimanov prospekti ilə kəsişdiyi hissəsinin və 16-cı Nərimanov döngəsinin asfalt örtüyünün yenilənməsini təmin edib. “Azərişıq” ASC isə müraciətimizi cavabsız qoymayaraq S.Əsgərova küçəsinin illərlə işıqsız olan bu hissəsinin işıqlanmasını həyata keçirib. 
Bütün fəaliyyətimiz boyu səsləndirdiyimiz “Biz birlikdə güclüyük” şüarını qəhrəman ordumuz Qarabağda sübut etdi. Biz isə arxa cəbhədə. Birlikdə bütün çətinlikləri aşmağa qadirik. Vətənimizin hər guşəsində! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ