Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
27/03/2024
Dairəmizin ərazisində işıqlandırılma sistemlərinin yenilənməsi davam etdirilir
Dəyərli seçicilərim! Məlumat verildiyi kimi, dairəmizin ərazisində yerləşən 14 ünvanda - küçə və dalanlarda işıqlandırmanı yaxşılaşdırmaq üçün təmir işləri həyata keçirilir. Yasamal Rayon İcra Hakimiyyətinin, "Azərişıq" ASC-nin və sosial tərəfdaşlarımızın dəstəyi ilə sütunlarda işıqlandırma çıraqları yenilənir. Sakinlərimizin müraciəti əsasında bu ünvanlarda 4 il öncə küçə işıqlandırılması sistemi yenilənmişdi. Bu müddət ərzində bir sıra yerlərdə çıraqların sıradan çıxması
sakinlərə narahatlıq yaradırdı. Hazırda bəzi küçələrdə bu problem aradan qaldırılıb, digərlərində isə işlər davam edir.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.