Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
10/10/2023
Dairəmizin seçiciləri ilə növbəti görüş keçirildi
Bu gün dairəmizin seçiciləri ilə növbəti qəbulumuzu keçirdik. Hər zamankı kimi müxtəlif səpkili təkliflər, problemlər və narahatlıq doğuran məsələləri dinlədim. Onların həlli istiqamətində operativ şəkildə addımlar atılacaq.
Dairə ərazisində infrastruktur xarakterli çətinliklərin aradan qaldırılması üçün müvafiq icra strukturlarına müraciətlər olacaq. Hüquqi məsləhət, təhsil, pensiya məsələləri ilə bağlı komanda üzvlərimiz sakinlərimizə mümkün köməklikləri edəcəklər.
Bugünkü
görüşümüzdə iki sənətkarımız, dairəmizin seçiciləri olan Ağacəbrayıl Abasəliyev və böyük ustad Rübabə xanım Muradovanın bacısı Tahirə Muradova ilə görüşmək xoş oldu. Ağacəbrayıl müəllimlə hələ seçki dövründən yaxından tanış olmuşuq, təbliğat kampaniyamızda fəal iştirak edib.
Sevindirici haldır ki, dairəmizin gənc sakinləri arasında idmanda uğur qazananların sayı artır. Özü də maraqlıdır ki, onların sırasında xanım idmançılar daha çoxdur. Əliyeva Almazxanım kikboksing üzrə çoxsaylı turnirlərin qalibidir, Avropa çempionatına hazırlaşır. Seçkilərə hazırlıq günlərində evlərində olmuşam, atasına və anasına belə tərbiyəli və cəsur qız böyütdüklərinə görə təşəkkür edirəm.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.