Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


19/04/2023

Dairəmizin şəhid ailələrinin iştirakı ilə iftar süfrəsi verildi

Əziz dostlar, dəyərli seçicilərim!

Bütün İslam dünyasında olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı başa çatır. Hər birimiz paklıq, saflıq və dürüstlük ayı olan Ramazanın ən ali nöqtəsi - bayram günlərini qeyd etməyə hazırlaşırıq. 

Düz bir ay ərzində xalqımız Ramazanın tələblərinə uyğun olaraq oruc tutdu, iftar açdı, firavan həyat üçün Tanrıya dualar etdi. Bu ay ərzində biz də oruc tutan inanclı seçicilərimizlə birlik nümayiş etdirmək məqsədilə onlara mənəvi dəstək olmağa çalışdıq. Aprel ayının 9-u, 11-i, 13-ü və 15-də dairəmizin müxtəlif yerlərində iftar məclisləri quruldu, dualar oxundu. Bu məclislərdən ikisi dairəmizin şəhidləri - Mahmud Cavadov və Hüseyin Tağıyevin yaşadıqları evlərin önündə keçirildi. İftar məclisinə toplaşan sakinlərimiz həmçinin şəhidlərimizin müqəddəs ruhuna da dualar oxuyub, onların ailələri ilə həmrəyliklərini nümayiş etdirdilər.

Qarşıdan bayram günləri gəlir. Allah dövlətimizi güclü və bütöv, xalqımızı həmrəy etsin. Sərhədlərimizi və ərazi bütövlüyümüzü təmin edən övladlarımızı qorusun. Bayrağımız daima ucalarda dalğalansın!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ