Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


02/03/2023

Dairənin gənc sakini ilə görüş

Dünən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevlə dairəmizin gənc sakini Selcan Şəfizadə ilə maraqlı görüşümüz oldu. Selcan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdidir. Ötən il Kolumbiya paytaxtı Boqotada keçirilən Yeniyetmələrin 19-cu Beynəlxalq Olimpiadasının medalçısıdır. Daha çox riyaziyyata həvəs göstərsə də, ölkəmizi kimya fənni üzrə təmsil edib və üçrəngli bayrağımızı yüksəklərə qaldırıb. İngilis və fransız dillərini bilir. Ötən ilin yekunlarına görə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən diplomla təltif edilib. Elm və təhsil naziri Emin Əmrullayev Selcanı təbrik edib. Hazırda Selcan ali təhsil məqsədi ilə ABŞ-ın ən nüfuzlu universitetlərindən cavab gözləyir. 
Selcanla üz-üzə söhbət etmək həm rahatdır, həm də çətin. Gənc balamızın zəkası, savadı, elmiliyi gözlərindən, simasındakı nurdan bilinir. Bu, onun həmsöhbətində bir rahatlıq yaradır. Eyni zamanda, dərk edirsən ki, qarşında çox ağıllı bir gənc oturub. Beynəlxalq olimpiadanın kimya üzrə medalçısını nəiləsə təəccübləndirmək, maraqlandırmaq asan deyil. Fikrimcə, bizim edə biləcəyimiz iş Selcanı dəstəkləmək olmalıdır. Qalan nə varsa, ağıllı balamız özü nail olub və olmaqdadır.
Selcan, sənə təhsilində uğurlar arzulayır, səndən yeni nailiyyətlərin barədə xəbərlər gözləyirəm. Sənin kimi gənclərlə qürur duyuruq!


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ