Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
16/11/2023
Diplomatik və təbliğati mübarizəmizi gücləndirməliyik
Milli Məclisdə 2024-cü ilin Dövlət Büdcəsi layihəsinin müzakirəsi zamanı xaricdə təbliğati işimizin gücləndirilməsi məsələsinə toxundum. Biz düşmənə döyüş meydanında acı məğlubiyyət yaşatsaq da, görürük ki, Ermənistanın rəsmi şəxsləri müxtəlif platformalarda Azərbarcanın ünvanına şər-böhran atmaqdan çəkinmirlər. Təəssüf ki, bir sıra dövətlər və beynəlxalq təşkilatlar da Azərbsycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən viran edilməsi faktlarına göz yumub Yerevanın yalanlarına dəstək verirlər.
Hesab edirəm ki, bu cəbhədə fəaliyyətimizi gücləndirmək məqsədi ilə səfirliklərimiz və diasporamız xəttilə diplomatik və təbliğati işimizi daha da intensivləşdirməliyik. Bütün bunlar əlavə xərclər tələb edir, ancaq ortada milli maraqlar və dövlətimizin reputasiyası varsa, düşünürəm ki, bu istiqamətə yönələcək əlavə vəsaitin tapılması maddi imkanlarımız nəzərə alınmaqla müşkül məsələ olmamalıdır. Fikrimcə, hökumətimiz bu mənbələr üzərində işləyə bilər. Biz heç bir platformada xalqımızın əldə etdiyi bu tarixi qələbənin üzərinə kölgə salınması cəhdlərinə imkan verə bilmərik və verməyəcəyik!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.