Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


08/06/2024

Dövlət büdcəsinə dəyişikliklər müzakirə edildi

Dünən Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi barədə Qanun layihəsi ilə bağlı çıxış etdim. Büdcəyə dəyişikliklərin edilməsini şərtləndirən səbəblər var. Yaşadığımız ilin 4 ayı ərzində büdcənin həm gəlirləri proqnozlaşdırıldığından artıq olub, həm də xərclər hissəsinə dəyişiklik etməyə ehtiyac var. 

Gəlirlərin artması dövlətə qarşımızda duran bir sıra problemlərin daha tez həllinə imkan verir. Söhbət ilk növbədə işğaldan azad edilmiş torpaqların bərpası və soydaşlarımızın yurdlarına dönməsinin sürətləndirilməsinə dəstək verəcək tədbirlərdən gedir. 

Eyni zamanda, bu, müxtəlif istiqamətlərdə nəzərdə tutulan xərclərin daha da artırılması üçün əlverişli imkandır. Məsələn, torpaq bütövlüyümüzün təmin edilməsi və sərhədlərimizin bərpasından sonra müdafiə qabiliyyətimizin daha da yüksəldilməsi üçün atılan addımlar baxımından. 

Cənab Prezident İlham Əliyevin apardığı irimiqyaslı daxili və xarici siyasət öz bəhrəsini verməkdədir və uzun müddət xalqımız bu siyasətin nəticəsinin – ölkəmizin hərtərəfli inkişafının şahidi olacaqdır. Nəyi, nə vaxt və necə edəcəyini dəqiq bilən liderimiz Azərbaycanı dünya ölkələri içərisində nüfuzlu dövlətə çevirmişdir. Artıq Azərbaycanın iştirakı olmadan, bizimlə hesablaşmadan regionda heç bir layihə baş tutmur


Daha ətraflı aşağıdakı keçid və videogörüntüdə

https://www.musavat.com/news/4-ay-erzinde-budce-gelirleri-proqnoza-qarsi-1-1-milyard-manat-artib-deputat_1076153.html


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ