Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


"Dubay-Expo 2020" davam edir

09/01/2022
1 oktyabr 2021-ci ildən start götürən "Dubay Expo-2020" bu il martın 31-dək davam edəcək. Bu qlobal layihədə ölkəmiz də fəal iştirak edir. "Expo" gələcəyə açılan pəncərədir. Eyni zamanda, layihədə təmsil olunan ölkənin mədəniyyəti, mətbəxi, folkloru vasitəsilə xalqını tanıtmaqla yanaşı, həm də iqtisadi potensialı və perspektivlərini nümayiş etdirmək üçün geniş imkanlar deməkdir.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə reallaşan Azərbaycan pavilyonunda artıq turizm həftəsi, milli mətbəximizin, rəqslər və caz musiqimizin nümayişi keçirilib. "Gələcək üçün toxumlar" adlanan Azərbaycan pavilyonu 200-dən çox ölkə və şirkətin iştirak etdiyi qlobal tədbirdə ölkəmiz üçün iqtisadi sferada da qazanc əldə edə bilər. "Expo"nun əsas iqtisadi trendləri təmiz enerji texnologiyası, enerji, su, mikroelektronika, qabaqcıl materiallar və nəqliyyat sistemləri ilə bağlı fundamental araşdırmalara qarşılıqlı investisiya qoyuluşu, texnoloji əsaslı yerli qida istehsalıdır. Prezident cənab İlham Əliyevin müasir iqtisadiyyatın bu sferalarına diqqətini nəzərə alsaq, iştirakçı şirkətlər və dövlətlərlə bu sahədə təmaslarda ciddi fayda əldə edə bilərik. Nəzərə alsaq ki, azad olunmuş torlaqlarımızda yeni texnologiyalar artıq tətbiq edilir, adıçəkilən sferalarda əməkdaşlıq ölkəmiz üçün ciddi maraq kəsb edir

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ